Ötən həftə ərzində 13-ü azyaşlı olmaqla 41 nəfər xilas edilib – FHN

Baş səhifə

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə
ərzində 13-ü azyaşlı olmaqla 41 nəfər xilas edilib.

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.




Bildirilib ki, həmçinin 5 nəfər xəsarət alıb, 5 nəfərin meyiti
aidiyyəti üzrə təhvil verilib.

Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar
telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti
qurumları tərəfindən ötən həftə ərzində 211 yanğına çıxış, 28 halda
köməksiz vəziyyətdə qalma, 7 avtonəqliyyat qəzası və 1 partlayış
faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş
təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ
söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.