
Bakı. Trend:
Norveç millisinin hücumçusu Erlinq Haaland rekorda imza
atıb.
Trend xəbər verir ki, “Mançester Siti”nin futbolçusu milli komandanın heyətində 50 qol
həddinə ən tez çatan oyunçu olub.
Haaland DÇ-2026-nın seçmə mərhələsinin İsraillə matçında (5:0)
het-trik etməklə bunu bacarıb. 25 yaşlı forvard yığmanın heyətində
keçirdiyi 46 oyunda 51 qol vurub.
Bundan əvvəlki rekord İngiltərə seçməsinin üzvü Harri Keynə
məxsus idi. “Bavariya”nın üzvü 50 qola 71 qarşılaşmada çatıb. 50-yə
çatmaq üçün Kilian Mbappe (Fransa) 90, Robert Levandovski (Polşa)
90, Lionel Messi (Argentina) 107, Kriştiano Ronaldo isə 114 oyun
gözləməli olub.

