Bakı. Trend:
Böyük Britaniya hökumətinin Çin casuslarını təqib etməmək qərarı
Ağ Evi Britaniya ilə kəşfiyyat məlumatlarının paylaşılmasını
məhdudlaşdırmağa sövq edə bilər.
Trend xəbər verir
ki, bu barədə “The Sunday Times” qəzeti məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, ABŞ 2017-ci ildən etibarən
müttəfiqlərini Çinin milli təhlükəsizliyə təhdid barədə xəbərdar
edib və düşmənlərin təsirinə məruz qalan xarici hökumətlərlə
kəşfiyyat məlumatlarını paylaşmaqda ehtiyatlı davranır. “Düşmənlər
cəzasız fəaliyyət göstərə bildikləri yurisdiksiyalarda xüsusilə
ehtiyatlıyıq”, – adı açıqlanmayan yüksək vəzifəli ABŞ məmuru qeyd
edib.

