
Bakı. Trend:
Perunun paytaxtı Lima şəhərində cüdo üzrə Qran-pri turniri start
götürüb.
Trend xəbər verir
ki, yarışın ilk günündə Azərbaycan cüdoçuları bir gümüş və üç
bürünc medal əldə ediblər.
Könül Əliyeva (-48 kq) üçüncü yer uğrunda görüşdə portuqaliyalı
Katarina Kostoya vaza-ari xalı ilə qalib gələrək bürünc medal
qazanıb.
Əhməd Yusifov (-48 kq) finalda israilli İshak Aşpizə (0:1)
məğlub olaraq gümüş medal əldə edib.
Ruslan Paşayev (-66 kq) braziliyalı Robert Limanı, Rəşad
Yelkiyev (-66 kq) isə ukraynalı Mikita Qoloborodkonu məğlub edərək
hər ikisi bürünc medal qazanıblar.
Beləliklə, Azərbaycan komandası Qran-prinin ilk gününü dörd
medalla – bir gümüş və üç bürünc medalla başa vurub.

