Rusiyada qayıqla gəminin toqquşması nəticəsində 3 nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

Rusiyanın İrkutsk vilayətinin Listvyanka kəndi yaxınlığında
sürətli qayıqla gəminin toqquşması nəticəsində üç nəfər həyatını
itirib, bir nəfər yaralanıb.

Trend xəbər verir
ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional bölməsi
özünün Telegram kanalında məlumat yayıb.




“İlkin məlumata görə, qayığın göyərtəsində beş nəfər olub.
Toqquşma nəticəsində bir nəfər yaralanıb, üç nəfər ölüb, daha bir
sərnişinin axtarışları davam edir. Gəminin göyərtəsində olan doqquz
nəfər xəsarət almayıb”, – məlumatda qeyd olunur.

Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları fəaliyyət
göstərir.