DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələdə daha 8 qarşılaşma baş tutacaq

Baş səhifə
DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələdə daha 8 qarşılaşma baş tutacaq

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün daha 8 qarşılaşma baş tutacaq.

“Report”un məlumatına görə, D qrupunda yer alan Azərbaycan millisinin rəqiblərindən İslandiya evdə Ukraynanı qəbul edəcək.

A qrupunda Almaniya Lüksemburqla üz-üzə gələcək. B qrupunda İsveç və İsveçrə milliləri münasibətlərə aydınlıq gətirəcəklər.

DÇ-2026

Seçmə mərhələ

10 oktyabr

A qrupu

22:45. Almaniya – Lüksemburq

22:45. Şimali İrlandiya – Slovakiya

Xal durumu: Slovakiya – 6, Şimali İrlandiya – 3, Almaniya – 3, Lüksemburq – 0.

B qrupu

22:45. İsveç – İsveçrə

22:45. Kosovo – Sloveniya

Xal durumu: İsveçrə – 6, Kosovo – 3, İsveç – 1, Sloveniya – 1.

D qrupu

22:45. Fransa – Azərbaycan

22:45. İslandiya – Ukrayna

Xal durumu: Fransa – 6, İslandiya – 3, Ukrayna -1, Azərbaycan – 1.

J qrupu

18:00. Qazaxıstan – Lixtenşteyn

22:45. Belçika – Şimali Makedoniya

Xal durumu: Şimali Makedoniya – 11, Belçika – 10, Uels – 10, Qazaxıstan – 3, Lixtenşteyn – 0.