44 günlük Vətən müharibəsinin xronikası: 10 oktyabr

Baş səhifə

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

Trend Vətən müharibəsinin oktyabrın 10-na olan
xronikasını təqdim edir.

– Prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalına
müsahibə verib

– Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin
görüşü başa çatıb. Azərbaycan və Ermənistan Qarabağda humanitar
məqsədlərlə atəşkəs barədə razılığa gəliblər. Atəşkəs rejimi Ermənistan
tərəfindən kobudcasına pozulub. Atəşkəs rejimini pozan düşmənin
zirehli texnikası məhv edilib

– Gecə ərzində gərgin döyüşlər davam edib, düşmənin ağır döyüş texnikaları
məhv edilib. Düşmən Goranboy, Tərtər, Ağdam,
Ağcabədi və Füzuli rayonlarını intensiv atəşə tutub. Xocalıdakı radilokasiya stansiyası məhv
edilib.

– Düşmənin Qubadlıda “S-300“ü və digər hərbi texnikası məhv
edilib.

– FHN Ermənistanın atəşləri nəticəsində Azərbaycanın mülki
obyektlərində baş verən yanğınlar haqqında məlumat verib.