La Liqa: “Vilyarreal” – “Barselona” matçı ABŞ-də keçiriləcək

Baş səhifə

Bakı. Trend:

La Liqanın Prezidenti Xavyer Tebas La Liqanın 17-ci turunun
Mayamidə keçiriləcək “Vilyarreal” – “Barselona” matçının tarixini
təsdiqləyib.

Trend xəbər verir
ki, qarşılaşma dekabrın 20-də baş tutacaq. UEFA daxili liqa
oyunlarının müntəzəm olaraq xaricdə keçirilməsinə qarşı çıxsa da,
bu matçın İspaniyadan kənarda keçirilməsinə icazə verilib.




Qeyd olunur ki, bu matç tarixi hadisə olacaq – ilk dəfə ABŞ-də
rəsmi La Liqa matçı keçiriləcək.

Ekspertlər matçın azarkeşlər arasında güclü marağa səbəb
olacağını və La Liqanın İspaniya futbolunu Şimali Amerika bazarında
tanıtmaq strategiyasının bir hissəsini təşkil edəcəyini
bildirirlər.