Bakı. Trend:
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası
Avropa çempionatının seçmə mərhələsində mübarizəyə start verib.
Trend-in
məlumatına görə, Aqil Nəbiyevin başçılıq etdiyi yığma Fransa
yığması ilə qarşılaşıb.
Kapbreton şəhərindəki “Burre” stadionunda baş tutan görüş meydan
sahiblərinin böyükhesablı qələbəsi ilə nəticələnib – 8:0.
Azərbaycan millisinin futbolçusu Səttar Tahirzadə 66-cı dəqiqədə
qırmızı vərəqə alaraq meydandan qovulub.
U-17 yığmamız növbəti oyunlarını oktyabrın 11-də İsrailə, 14-də
isə Rumıniyaya qarşı keçirəcək.

