Avropada “vegeterian burger” termini qadağan olunur

Baş səhifə

Bakı. Trend:

Avropa Parlamentinin deputatları “veggie-burger” (vegeterian
burger) kimi ət olmayan məhsulların adlandırılmasında dəyişiklik
etmək üçün səs veriblər.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, deputatlar 355 səs lehinə, 247 səs
əleyhinə olmaqla, kənd təsərrüfatı istehsalçılarını qorumaq
məqsədilə ərzaq sektorunda ət termini ilə bağlı məhdudiyyətləri
nəzərdə tutan düzəlişi qəbul ediblər.

Yeni qayda layihəsinə görə burger, steyk, kolbasa kimi ifadələr
ət ehtiva etməyən məhsullar üçün istifadə oluna bilməz.




Qanunun yekun mətninin Avropa Parlamentinin, hökumətlərin və
Avropa Komissiyasının nümayəndələri arasında aparılacaq
danışıqlardan sonra müəyyən ediləcəyi bildirilir.

Qeyd edək ki, Aİ artıq süd məhsulları üçün “süd”, “kərə yağı”,
“krem”, “pendir” kimi terminlərlə bağlı dəyişiklik edib. Məsələn
“yulaf südü” kimi ifadələrdə “süd” əvəzinə “içki” sözünün istifadə
olunması tələb edilir.