Türkiyənin Suriya məsələsində təmkinli davranışı acizlik kimi qəbul edilməməlidir.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Suriyanın ərazi bütövlüyü Türkiyə üçün prioritetdir:
“Rəsmi Ankara Suriyada sabitliyi pozmaq cəhdlərinə heç vaxt icazə verməyəcək. Türkiyə bütün prosesləri yaxından izləyir. Biz səbirli davranışımız heç vaxt acizlik kimi qəbul edilməməlidir. Suriya Demokratik Qüvvələri verdiyi sözə əməl etməli, yerli hakimiyyətlə inteqrasiyanı tamamlamalıdır”.
MƏLUMAT YENİLƏNİR…
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

