Epizootik vəziyyətlə bağlı bəzi məhdudiyyətlər tətbiq olunub

Baş səhifə

Bakı. Trend:

Epizootik vəziyyətlə bağlı bəzi məhdudiyyətlər tətbiq
olunub.

Trend
xəbər verir ki, bu barədə AQTA məlumat yeyıb.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST)
rəsmi məlumatlarına əsasən, Monteneqronun Biyelo-Polye şəhərində,
Rumıniyanın Qorj bölgəsində, Serbiya Respublikasının Moraviç,
Rasina dairələrində, Bosniya və Herseqovinanın Serb Respublikasında
blutanq xəstəliyi, Yunanıstan Respublikasının Attika, Afon Dağı
inzibati ərazi vahidlərində xırdabuynuzlu heyvanların çiçək
xəstəliyi, Amerika Birləşmiş Ştatlarının Montana ştatında, İspaniya
Krallığının Madrid muxtar icmasında isə yüksək patogen quş qripi
xəstəliyi qeydə alınıb.




“Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması
məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə
alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan
heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi
Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük
Komitəsinə müraciət olunub”,- qurumdan əlavə edilib.