Stokholmda “Nobel həftəsi” start götürür

Baş səhifə

Bakı. Trend:

İsveçin paytaxtı Stokholmda növbəti “Nobel həftəsi” fiziologiya
və tibb üzrə Nobel mükafatı laureatının elan edilməsi ilə
başlayacaq.

Trend xəbər verir
ki, digər nominasiyalar üzrə qaliblərin adları yaxın günlərdə
açıqlanacaq.




Nobel Komitəsinin fizika üzrə qərarı oktyabrın 7-də, kimya üzrə
oktyabrın 8-də, ədəbiyyat üzrə isə oktyabrın 9-da açıqlanacaq. Sülh
mükafatı laureatının adı oktyabrın 10-da Norveçin paytaxtı Osloda
bəlli olacaq.

İqtisadiyyat elmləri üzrə Alfred Nobel Xatirə Mükafatının qalibi
isə oktyabrın 19-da elan ediləcək. Bu mükafat 1968-ci ildə İsveç
Milli Bankı tərəfindən təsis edilib.