Azərbaycan avarçəkəni III MDB Oyunlarında bürünc medal qazanıb

Baş səhifə
Azərbaycan avarçəkəni III MDB Oyunlarında bürünc medal qazanıb

Azərbaycan avarçəkənləri III MDB Oyunlarına medalla başlayıb.

“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Amil Ramazanov kayak qayığında 500 metr məsafə üzrə bürünc medal qazanıb.

Qeyd edək ki, avarçəkmə yarışlarına oktyabrın 6-da yekun vurulacaq.