“Araz-Naxçıvan” Misli Premyer Liqasının VII turun açılış matçında qələbə qazanıb.
“Report”un məlumatına görə, Elmar Baxşıyevin komandası “İmişli”ni 2:0 hesabı ilə məğlub edib.
Qolları Ba-Muaka Simakala (33) və Ülvi İsgəndərov (90+5) vurublar.
“İmişli” hazırda 8 xalla yeddinci pillədə qərarlaşıb. Hesabında 14 xal olan Naxçıvan təmsilçisi isə turnir cədvəlinin zirvəsinə yüksəlib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

