Bakı. Trend:
Estoniya Rusiyanın ölkənin hava məkanını pozacağı təqdirdə, ona
qarşı 300 kilometr uzaqlıqdakı hədəfləri vura bilən gəmi əleyhinə
raketlərdən istifadə edə bilər.
Trend xəbər verir
ki, belə bir ismarıcla “The Telegraph”a müsahibəsində Estoniya XİN
rəhbəri Yonatan Vseviov çıxış edib
Diplomat bildirib ki, NATO-nun son kommünikesinə əsasən, alyansa
üzv dövlətlər hava məkanının pozulması hallarına qarşı cavab
tədbirlərini özləri seçirlər.
“Bu açıqlamalar vacibdir, çünki hava məkanından kənarda cavab
tədbirlərinin mümkünlüyünə işarə edir. (…) Estoniya diplomatı
vurğulayıb ki, ölkəsinin 300 kilometr məsafəni qət edə bilən
gəmiəleyhinə raketləri mövcuddur”,- məlumatdaqeyd olunur.

