Avropa Komissiyası Mayot və Reyunyona (Fransanın Hind okeanındakı dənizaşırı əraziləri) 110 milyon avrodan çox vəsait ayırır.
“Report” xəbər verir ki, bu barədə AK-nın “X” hesabında məlumat verilib.
“Biz Mayot və Reyunyonun “Çido” və “Qarans” siklonlarından sonra bərpasına (yenidənqurma, mənzil tikintisi və s.) kömək etmək üçün Həmrəylik Fondundan 110,8 milyon avro ayırırıq. Aİ öz vətəndaşlarını həmişə dəstəkləyir”, – məlumatda qeyd olunub.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

