Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşları qəbul edib

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq
orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə
saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək
həll olunması üçün müvafiq tədbirlər görülür.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata
görə, oktyabrın 3-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Səbail
rayon prokurorluğunun inzibati binasında Səbail rayonu və digər
bölgələrdən olan vətəndaşları qəbul edib.




Bildirilib ki, qəbulda iştirak edən 48 nəfər vətəndaşın
müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş
cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş
qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət
ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda
və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq
göstərişlər verilib.