İlon Mask tarixdə 500 milyard dollar sərvəti olan ilk şəxs oldu

Baş səhifə

Bakı. Trend:

İlon Mask sərvəti 500 milyard dolları keçən ilk insan olaraq
tarixə düşüb. Dekabr ayında sərvəti 400 milyard dolları aşan Mask,
hazırda reytinqdə ikinci yerdə qərarlaşan Larri Ellisonu 150
milyard dollar qabaqlayır və dünyanın ilk trilyonçusu olmaq yolunda
sürətlə irəliləyir.

Trend-in
məlumatına görə, “Tesla”nın səhmləri təxminən 4 faiz bahalaşaraq,
Maskın xalis sərvətinə təqribən 9,3 milyard dollar əlavə edib.
Elektrikli avtomobil istehsalçısının səhmlərinin qiyməti, Maskın
aprel ayında şirkətin maliyyə nəticələri ilə bağlı konfransda
“Tesla”ya daha çox vaxt ayırmaq üçün Prezident Tramp hökumətinin
Səmərəlilik Departamentinin rəhbəri vəzifəsindən getdiyini elan
etməsindən sonra təxminən iki dəfə artıb.




“Tesla”nın bazar kapitallaşması dekabrda əldə edilən tarixi
maksimuma yaxın səviyyəyə qayıdıb. Maskın şirkətdəki 12 faiz səhm
payı hazırda 191 milyard dollar dəyərindədir. Ekspertlər hesab edir
ki, əgər İlon Mask bu sürətlə irəliləsə, 2033-cü ilin mart ayına
qədər dünyanın ilk trilyonçusu ola bilər.