Albaniyanın Baş naziri Makronla zarafatlaşıb: Siz Azərbaycan və Albaniyanı da təbrik etməlisiniz

Baş səhifə
Albaniyanın Baş naziri Makronla zarafatlaşıb: Siz Azərbaycan və Albaniyanı da təbrik etməlisiniz

Kopenhagen şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində Albaniyanın Baş naziri Edi Rama ABŞ Prezidenti Donald Trampın Ermənistan – Azərbaycan sülhü barədə danışarkən səhvən Albaniya – Azərbaycan deməsi barədə Fransa Prezidenti Emmanuel Makronla zarafatlaşıb.

“Report” xəbər verir ki, Albaniyanın Baş naziri Trampın səhvən “Albaniya və Azərbaycan arasında münaqişə” dediyini nəzərə alaraq Makrona zarafatla deyir:

“Siz Azərbaycan və Albaniyanı da təbrik etməlisiniz”.