Bakı. Trend:
Markus Türam zədə səbəbindən təxminən bir ay meydana çıxmayacaq. “İnter”in hücumçusu Çempionlar Liqasının “Slaviya” ilə oyununda
(3:0) ikinci hissədə məcburi olaraq əvəzlənib.
Trend xəbər verir ki, “La
Gazzetta dello Sport”un məlumatına görə, Tyuramın zədəsi əvvəl
düşünüldüyündən daha ciddi olub. Bu gün keçirilən müayinələr
fransalı futbolçuda budun iki başlı əzələsinin zədəsini aşkar edib.
O, 3–4 həftəlik oyunları buraxacaq.
Böyük ehtimalla, 28 yaşlı hücumçu A Seriyasında “Kremoneze” və “Roma”ya, Çempionlar Liqasında isə “Union”a qarşı matçlarda iştirak
etməyəcək, həmçinin Fransa millisinin dəvətini də qaçıracaq.

