
Bakı. Trend:
Avropa Rusiya ilə qarşıdurma şəraitindədir və zəiflik
göstərməməlidir.
Trend Fransa KİV-ə
istinadən xəbər verir ki, belə bir bəyanatla Fransanın prezidenti
Emmanuel Makron çıxış edib.
“Biz Rusiya ilə qarşıdurma şəraitindəyik – o Rusiya ki, artıq
bir neçə ildir kontekstində bizim informasiya məkanımızın aqressiv
oyunçusuna çevrilib. Ələlxüsus da seçki kontekstində o Rusiya ki,
kiberhücumlarının kəsərini artırıb. Ukraynada qəsbkar müharibəni
başladıb, nüvə ilə hədə-qorxu gəlir və bugün hava məkanında
təxribatlar törədir”, -deyə Makron bildirib.
O, həmçinin Avropanın hərbi potensialını uzun mənzilli raketlər
və pilotsuz uçuş aparatlarına (PUA) qarşı müdafiə sistemləri
vasitəsilə gücləndirməyə çağırıb.
Fransa prezidenti hesab edir ki, Rusiya tərəfindən olduğu iddia
edilən “müxtəlif hücumlar” fonunda cavab “operativ” olmalıdır.

