Bakı İqlim Fəaliyyəti Həftəsinin 3-cü günü start götürüb

Baş səhifə

Bakı. Trend:

Bakı İqlim Fəaliyyəti Həftəsinin (Baku Climate Action Week 2025)
3-cü günü start götürüb.

Trend xəbər verir
ki, tədbirdə bu gün COP29 prezidenti,Azərbaycan Respublikası
Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev,
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov
və digər rəsmi şəxslər nitqlə çıxış edəcəklər.

Tədbirdə iqlim dəyişiklikləri şəraitində kənd təsərrüfatı və
ərzaq təhlükəsizliyi, iqlim texnologiyaları, eləcə də regional
dayanıqlı su ehtiyatlarının idarə olunması kimi mövzular müzakirə
ediləcək.




Qeyd edək ki, 2024-cü ildə COP29-un sədrliyi Londonla
tərəfdaşlıq çərçivəsində COP29-un 2024-cü ilin noyabrında
keçiriləcəyi ərəfədə bütün cəmiyyəti səfərbərliyə çağıran oxşar bir
tədbir kimi ilk Bakı İqlim Fəaliyyəti Həftəsini uğurla təşkil
edib.

Xəbər yenilənir.