KDR-in keçmiş prezidenti barəsində qiyabi ölüm hökmü çıxarılıb

Baş səhifə

Bakı. Trend:

Konqo Demokratik Respublikasının hərbi məhkəməsi keçmiş
prezident Cozef Kabila barəsində qiyabi ölüm hökmü çıxarıb.

Trend-in
məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər yayıb.




Bildirilir ki, Kabila müxtəlif cinayətlərdə — o cümlədən vətənə
xəyanət, insanlığa qarşı cinayətlər, qətllər, cinsi zorakılıq,
işgəncə və qiyama görə məhkum edilib.

Kabila ittihamları rədd edərək, onları siyasi motivli
adlandırıb.