- 30 sentyabr, 2025
- 14:33
Azərbaycanda “yaşıl iqtisadiyyat”a keçiddə kadrların hazırlanması üçün işlər aparılır.
“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) ikinci günündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq müstəvidə inkişaf etməklə bərabər həm də əhalinin sosial rifahı üçün tədbirlər görür:
“Azərbaycanda indiyədək 5 sosial paket həyata keçirilib. Son illər ölkədə rəqəmsal transformasiya həyata keçirilir. Vətəndaşlar sosial sahədə bütün fərdi məlumatları asanlıqla izləyə bilir. Əmək müqavilələrinin elektronlaşdırılması hazırda prioritetlərdəndir”.
Nazir bildirib ki, “yaşıl iqtisadiyyat”a keçid sadəcə texnologiya ilə məhdudlaşmır:
“Yaşıl iqtisadiyyat” həm də əmək bazarına təsir göstərir. Ölkədə son illər məşğulluq proqramları genişləndirilir”.
A.Əliyev vurğulayıb ki, ölkədə “yaşıl iqtisadiyyat”a keçid üçün əmək bazarında kadrların hazırlanması üçün müxtəlif təlimlər keçirilir.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

