SpaceX oktyabrın 13-nə yeni Starship sınaq uçuşunu planlaşdırıb

Baş səhifə

Bakı. Trend:

“SpaceX” oktyabrın 13-nə “Starship” prototip raketi ilə raket
daşıyıcının növbəti sınaq buraxılışını planlaşdırıb.

Trend-in məlumatına görə, bu barədə şirkətin saytında
bildirilib.

“Starship-in 11-ci sınaq buraxılışı bazar ertəsi, oktyabrın
13-nə planlaşdırılıb”, – deyə qeyd olunub.




Texasdakı Starbase kosmodromundan buraxılış yerli vaxtla saat
18:15-ə planlaşdırılır.

“SpaceX” şirkəti avqustun sonunda baş tutan 10-cu sınaq
buraxılışının uğurunu gücləndirmək niyyətindədir.