TDT Mərkəzi Asiyada “yaşıl” enerji dəhlizinin inkişafı üçün platformaya çevrilə bilər – Ekspert

Baş səhifə

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı Mərkəzi Asiya ölkələrinin də daxil
olduğu “yaşıl” enerji dəhlizinin inkişafı üçün effektiv platformaya
çevrilmək potensialındadır.

Trend xəbər verir
ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzi yanında Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri
Vüsalə Cəfərova TDT- üzv dövlətlərinin beyin mərkəzlərinin Bakıda
keçirilən konfransında deyib.

Onun sözlərinə görə, dəhlizin uğurlu həyata keçirilməsi Avropa
İttifaqı tərəfindən maliyyələşmə və bulud texnologiyaları sahəsində
tərəfdaşlıq tələb edəcək ki, bu da Avropa və qonşu regionların
enerji təhlükəsizliyini gücləndirməyə imkan verəcək.




Cəfərova qeyd edib ki, Azərbaycan Çin ilə əməkdaşlığı
genişləndirir və bu əməkdaşlıq çərçivəsində üç iri birgə enerji
təşəbbüsü həyata keçirilir.

“Enerji təhlükəsizliyi milli və regional sabitliyin əsas
hissəsidir. Diplomatiya olmadan effektiv enerji dəhlizləri yaratmaq
və enerji ixracını təmin etmək mümkün deyil”, – ekspert
vurğulayıb.