
Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu
olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam
bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.
Bildirilib ki, mülayim şimal-qərb küləyi axşam arabir
güclənəcək.
Havanın temperaturu gecə 15-17, gündüz 18-22 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa
yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,
lakin gündüz bəzi şərq rayonlarında, axşamdan isə əksər rayonlarda
arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı
yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi
ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq
küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16, gündüz 18-23, dağlarda gecə 3-8,
gündüz 9-14 dərəcə isti olacaq.

