Region
- 29 sentyabr, 2025
- 08:35
Türkiyənin Hatay şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report” TRT-yə istinadən xəbər verir ki, İskenderun rayonunda avtomobil səkidəki 4 piyadanı vurduqdan sonra aşıb.
Nəticədə piyadalardan 3-ü hadisə yerində keçinib, digəri və avtomobildəki 2 nəfər isə xəsarət alıblar. Yaralananlar İskenderun Dövlət Xəstəxanasına aparılıblar.
Hadisə barədə araşdırma başladılıb.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

