Azərbaycanın muaytayçıları dünya çempionatında 3 medal qazanıblar

Baş səhifə
Fərdi

  • 24 sentyabr, 2025
  • 14:36
Azərbaycan muaytayçıları dünya çempionatında 3 medal qazanıblar

Azərbaycanın muaytayçıları BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən gənclər arasında dünya çempionatında 3 medal qazanıblar.

“Report” xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İdmançılardan Elmir Talıbov və Ömər Mehrəliyev gümüş, Ramal Səmədzadə isə bürünc medala yiyələnib.