Futbol
- 23 sentyabr, 2025
- 09:10
Fransanın “Marsel” klubu 5 ildən sonra Liqa 1-də ilk dəfə PSJ-ni məğlub edib.
“Report” xəbər verir ki, bu, ölkə çempionatının V tuunda reallaşıb.
“Marsel”in 1:0 hesabı ilə qalib gəldiyi görüşdə yeganə qolu Nayef Ager vurub.
Qeyd edək ki, hazırda “Marsel” 9 xalla turnir cədvəlində altıncıdır. PSJ isə 12 xalla ikinci pillədə qərarlaşıb.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

