Portuqaliya klubunun futbolçusu “Barselona”da çıxış edə bilər

Baş səhifə
Futbol

  • 22 sentyabr, 2025
  • 20:54
Portuqaliya klubunun futbolçusu Barselonada çıxış edə bilər

Portuqaliyanın “Sportinq” klubunun müdafiəçisi Qonçalo İnasioya İspaniya təmsilçisi “Barselona”nın diqqət mərkəzinə düşüb.

“Report” “The Athletic” nəşrinə istinadən xəbər verir ki, müdafiə xəttini gücləndirməyi düşünən kataloniyalılar 24 yaşlı oyunçunun xidmətində maraqlıdırlar.

La Liqa kollektivi İniqo Martinezin “Əl-Nəsr” (Səudiyyə Ərəbistanı) klubuna gedişindən sonra boş qalan mövqeyi doldurmağa çalışır.

Qeyd edək ki, Qonçalo İnasioya cari mövsüm Portuqaliya çempionatında 5 oyun keçirib və iki məhsuldar ötürmə edib.