AIIF-2025 çərçivəsində imzalanmış sazişlərin dəyəri açıqlanıb

Baş səhifə
Biznes

  • 22 sentyabr, 2025
  • 16:22
AIIF-2025 çərçivəsində imzalanmış sazişlərin dəyəri açıqlanıb

Mikayıl Cabbarov

Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində dəyəri 5,5 milyard ABŞ dollarından çox olan sazişlər imzalanıb.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, sabah da bir sıra vacib sənədlər imzalanacaq.

Xatırladaq ki, Forum işini sabah yekunlaşdıracaq.