Vətəndaş evdən çıxmırsa, əmlakı uçurula bilər? – Tanınmış hüquqşünas açıqladı

Cəmiyyət

Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonu, Birinci Alatava yaşayış massivi, Abdulvahab Salamzadə küçəsində tikinti işi aparan “Melissa Group” tikinti şirkəti sakinlər evdə olduğu halda evi dağıdıb. Bu barədə mediada və sosial şəbəkədə görüntülər yayılıb.

Sözügedən sakinlər şirkətin təklif etdiyi ödənişlə razılaşmadıqları üçün evi tərk etmirdilər. Hadisə yerinə xilasediciləri cəlb olunub.

Resmixeber.az-a danışan hüquqşünas Əliməmməd Nuriyev deyib ki, baş verən hadisə ilk növbədə bir neçə etik normanın pozulmasıdır:

“Bundan başqa baş verən hadisə çox ciddi hüquq pozuntusudur, yolverilməzdir. Məsələni hüquqi nöqteyi-nəzərdən analiz etdikdə görərik ki, burada mülkiyyət hüququnun pozulması baş verib. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi və Mülki Məcəllə vətəndaşlarının hüquqlarını qoruyur. Hətta ev qeyri-qanuni tikili olsa belə orada yaşayan şəxslər çıxarılmadan, təxliyə prosesi araşdırılmadan, vətəndaşlara məlumat verilmədən heç bir söküntü aparıla bilməz.

Globalinfo.az