Ceyhun Bayramov Qırğız Respublikasına səfər edib

Siyasət

8 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən Oxu.Az-a məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev, habelə digər yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

www.RESMIXEBER.az