Rusiyanın Novosibirsk şəhərində içərisində sərnişinlərin olduğu tramvay hərəkət edərkən o yan-bu yana yırğalanmağa başlayıb ki, bu da yoldan keçən sürücüləri qorxuya salıb.
Bununla bağlı video sosial şəbəkələrdə yayılıb.
“Görün necə yellənir! Dəhşətdir! Harada sürməyin daha təhlükəsiz olduğunu bilmirsən – kələ-kötür yolda, yoxsa ictimai nəqliyyatda”, – deyə videonu çəkən sürücü söyləyib.
Kadrlarda avtomobilin əməlli-başlı yelləndiyi görünür. Şərhlərdə nəqliyyata “rəqs edən tramvay” adı verilib.
Mənbə: gazeta.ru
www.RESMIXEBER.az

