Binədə qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb

Cəmiyyət

Bakının Xəzər rayonunda 39 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Röyalə Şərafət qızı Qasımova yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az