İranda “Grammy” mükafatının laureatı həbs olundu – FOTO/VİDEO

DIN


İranda tanınmış müğənni, “Grammy” mükafatı laureatı Şərvin Hacipur həbs olunub.

Bu barədə “Azad İran” “Telegram” kanalı müğənninin “Instagram” hesabında paylaşımına istinadla xəbər verib.

Məlumata görə, məşhur ifaçı dövlət quruluşu əleyhinə təbliğat aparmaq ittihamı ilə 8 ay, insanları iğtişaşlara təhrik etmək ittihamı ilə isə üç il müddətinə həbs cəzasına məhkum edilib. Bununla yanaşı, onun iki il ölkədən çıxışına da qadağa qoyulub.

Qeyd edək ki, 27 yaşlı məşhur ifaçı 2023-cü ildə “Bəraye” mahnısına görə “Sosial Dəyişiklik üçün Ən Yaxşı Mahnı” nominasiyasında “Grammy” mükafatına layiq görülüb.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir