Şeron Stoun tənqidlərə tuş gəlib – SƏBƏB + FOTO

Mədəniyyət


Hollivud aktrisası Şeron Stoun Berlin Beynəlxalq Film Festivalının qonağı olub.

Qırmızı xalçada 65 yaşlı Şeron Stoun fiqurunu vurğulayan qayışlı uzun ağ libasda görünüb. Məşhur görünüşünü qara papaq, uzun əlcək, boyunbağı, gözəl klaç və hündürdaban ayaqqabı ilə tamamlayıb. Aktrisa yenilənmiş saç rəngi ilə hər kəsin diqqətini çəkib. Şeron Stounun bu yeni saç rəngi müxtəlif sosial şəbəkələrdə tənqidlərə tuş gəlib.

“Onun alın tərəfdən saçları tökülür. Saçlarını yan tərəfə daramalıdır”, “Sarışın olsa, daha yaxşı olardı”, “Mən Şeron Stounun geyimini bəyənirəm, amma saçının rəngini yox”, “Saçları yaşlı xanıma bənzəyir, rəngi qorxuncdur”, “Şeron gözəl qadındır, amma mən onun platin sarışın saçlarını daha çox bəyənirəm”, – deyə internet istifadəçiləri şərhlərdə yazıblar.

Mənbə: Gazeta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir