Prezident nazir müavinini vəzifədən azad etdi

Siyasət


Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tutduğu vəzifədən azad olunub.

“resmixeber.az”un əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Musayev Yəhya Musa oğlu 1959-cu ildə Bakıda anadan olub.

O, 2006-cı ildən, Müdafiə Sənayesi Nazirliyi yarandığı dövrdən nazir müavini vəzifəsini tuturdu.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il noyabrın 18-də imzaladığı Sərəncam ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir