Bakıda əhaliyə çirkli su verilir? – VİDEO

Cəmiyyət


Bakı şəhərində əhaliyə çirkli su verilib.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. 

Belə ki, Səbail rayonu 20-ci Sahə qəsəbəsində yaşayan sakinlərdən biri evində su kranını açıb və çirki su axdığını görüb:

“Bu, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin bizə verdiyi sudur. Sonra da deyirik ki, su ilə işləyən məişət əşyaları xarab olur. Çirkdən qabın dibi görünmür”.

Məsələ barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. 

ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı resmixeber.az-ın sorğusuna cavab olaraq bildirib ki, suyun lillənməsi qəza ilə bağlıdır:

“Kür xəttində qəza olub və nəticədə belə problem yaranıb. Qəza zamanı xətti bağlayıb, açanda bu cür sarı lillənmə ola bilər. Çünki boru uzun müddət istismar olunmur və qəza aradan qalxdıqdan sonra qısa müddət sarı lillənmə yaranır”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir