ÜST: Qəzza zolağında həlak olanların 60%-dən çoxu qadın və uşaqlardır

Dünya


“Qəzza zolağında həlak olanların 60%-dən çoxu qadın və uşaqlardır. Cəmi 60 günlük döyüşlərdə 16 minə yaxın insan həlak olub”.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin ərazilərindəki nümayəndəsi Riçard Piperkorn Cenevrədə keçirdiyi brifinqdə bildirib.

“60 gündən az bir müddətdə, demək olar ki, 16 min insan ölüb, onların 60%-dən çoxu qadın və uşaqlar idi. 42 mindən çox insan yaralanıb. Statistikanı bilirik: Qəzzada orta hesabla hər 10 dəqiqədə bir uşaq ölür”, – Pieperkorn bildirib.

Onun sözlərinə görə, ən böyük narahatlıq döyüşlər nəticəsində zədələnmiş səhiyyə infrastrukturunun zəifliyidir.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir