Ağalıya köçən sakin: “Zəngilandan zorla ayrıldığım günləri indi də xatırlayıram”

HƏRBİ


“Ermənilərin təcavüzü nəticəsində Zəngilandan zorla ayrıldığım 1993-cü ili indiki kimi xatırlayıram, çox çətin günlər idi. Bu gün isə yurdumuza qayıdırıq. Allah şəhidlərimizə rəhmət etsin, onların sayəsində torpaqlarımız işğaldan azad olundu”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində doğma yurduna qayıdan Zəngilan rayonunun Ağalı kənd sakini Zeynəb Alıyeva söyləyib.

Zəngilandan oktyabr ayında ayrıldığını bildirən Z.Alıyeva deyib: “Təxminən otuz ildən sonra eyni ayda – oktyabrda məcburi köçkün düşdüyümüz doğma yerlərə gedirik”.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir