“Wikipedia”da Qarabağa aid məlumatlar silinir? – AÇIQLAMA

Cəmiyyət


Bir neçə gündür sosial şəbəkələrdə Azərbaycana aid bəzi məqalələrin “Wikipedia”dan silindiyinə dair iddialar yayılıb. Bildirilib ki, silinən məqalələrin çoxu Azərbaycan tarixi, xüsusən Qarabağla bağlıdır.

Məsələ ilə bağlı “Trend”ə açıqlama verən “Wikipedia” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib ki, bu gün “Wikipedia”nın Azərbaycan dili bölməsində Qarabağa aid məqalələr silinmir.

Onun sözlərinə görə, mövcud olan məqalələr etibarlı mənbələrlə zənginləşdirilir. “Wikipedia”nın qaydalarına görə, məqalə ensiklopedik qaydalara uyğundursa, məqalə yaradıla bilər:

“Wikipedia”nın fəaliyyət fəlsəfəsi belə qurulub. Bu gün “Wikipedia”nın Azərbaycan dili bölməsində Qarabağa aid çoxsaylı məqalə mövcuddur. Bunları Azərbaycan “Wikipedia” icmasının üzvləri yaradıblar və bu gün şərəfli missiyanı davam etdirirlər. İstəyən şəxs “Wikipedia” platformasından Qarabağla bağlı məlumatları əldə edə bilər. Məqalələr zəif və mənbələri azlıq təşkil edə bilər. “Wikipedia” qaydaları bizə bunu zənginləşdirməyə imkan verir. Hər kəs qaydalar çərçivəsində öz töhfəsini verə bilər”.

E.Eltürk bildirib ki, “Wikipedia” könüllüləri, idarəçiləri xarici dil bölmələrində mənbələrə görə məqalələrin yaradılmasında ciddi problemlərlə üzləşirlər.

“Nəzərə alaq ki, “Wikipedia”da məqalələr mənbələr əsasında yaradılır və zənginləşdirilir. Etibarlı, bitərəf və elmi, akademik istiqamətə söykənən mənbələr könüllülərin əlini gücləndirir. Dünyanın nüfuzlu elmi, akademik jurnallarında Azərbaycanla bağlı çap olunan məqalələr etibarlı mənbə rolunu oynayır. Bu gün xarici dilli “Wikipedia”da könüllü sürətdə fəaliyyət göstərən və Azərbaycan üçün əlindən gələni edən təcrübəli “Wikipedia” könüllüləri var. Onların əməyini danmaq olmaz. Sizə bir faktı çatdırım ki, noyabrın 13-də “Füzuli” məqaləsi ingiliscə “Wikipedia”nın milyonlarla klik alan ana səhifəsinə çıxarılacaq. Bu, həm də ən azından bir tarixi şəxsiyyətimizin farslaşdırmadan uzaq saxlanılmasına səbəb olacaq. Uğurlu faktı “Wikipedia”çılarımızın nailiyyəti kimi qələmə verərdim”, – deyə o qeyd edib.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir