Azərbaycanlılar İsraildən təxliyə olunurlar? – RƏSMİ açıqlama

Siyasət


“İsraildən təxliyə məsələsi hələ ki gündəlikdə deyil”.

Bunu “resmixeber.az”a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə deyib.

O bildirib ki, ölkədən çıxmaq istəyənlər və bununla bağlı müraciət edənlər azdır:

“Onlar da müntəzəm reyslərlə ölkəyə gəlirlər. Yəni hələ ki təxliyəyə ehtiyac yoxdur. Belə bir məsələ nəzərdə tutulmayıb”.

A.Hacızadə qeyd edib ki, İsraildəki səfirliyimiz fasiləsiz fəaliyyət göstərir.

O bildirib ki, hazırda Təl-Əvivdə əhali küçəyə çıxmır:

“Səfirlik daim vətəndaşlarımızla təmasdadır. İş prosesi davam edir”.

A.Hacızadənin sözlərinə görə, vətəndaşlarımızın həlak olması və ya yaralanması ilə bağlı səfirliyə məlumat daxil olmayıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir