Bakıda Beynəlxalq Astronavtika Konqresi işini davam etdirir

Siyasət


Bakının ev sahibliyi ilə 74-cü Beynəlxalq Astronavtika Konqresi işinə davam edir.

resmixeber.az xəbər verir ki, konfransın ikinci günündə Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində tədbirlər keçirilir, eləcə də bu iki möhtəşəm bina arasında yerləşən Sərgi pavilyonunda müxtəlif stendlərdə nümunələr sərgilənir.

Saat 10:00-dan 18:00-a qədər 74-cü Beynəlxalq Astronavtika Konqresi iştirakçıların üzünə açıqdır.

Konqresin ikinci günü müxtəlif mövzularda toplantılar və texniki sessiyalar keçiriləcək.

74-cü Beynəlxalq Astronavtika Konqresinə gələn 20-dək astronavt üçün xüsusi proqram hazırlanıb.

Bu gün saat 12:00-da NASA-nın mətbuat konfransı baş tutacaq.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir