Köhnə məktəblərə yeni nəfəs verildi: Açılışı olan məktəblərin görüntüləri – FOTO

Cəmiyyət


Bu gün Heydər Əliyev Fondunun Ağcabədi, Göyçay, İsmayıllı, Qəbələ, Saatlı, Sabirabad, Şamaxı və Tərtərdə inşa etdiyi yeni məktəblər istifadəyə verilib.

resmixeber.az xəbər verir ki, bu tədris ilində Fond tərəfindən 29 məktəb, o cümlədən 3 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilir.

2004-cü ildən etibarən isə Fond ümumilikdə 500 məktəbi təmir-bərpa və inşa edib. Elə bu gün 500-cü məktəb Şamaxıda açılıb.

Bu məktəblərin mövcud binaları fiziki olaraq artıq köhnəldiyindən istifadəyə yararsız idi. Həmin binalardan ən qədimi Qəbələnin Nic qəsəbəsindəki 150 ildən çox yaşı olan məktəb idi.

Artıq bu təhsil ocaqlarının köhnə halından əsər-əlamət qalmayıb. Müəllim və şagirdlər bu tədris ilindən yeni binada təhsillərinə davam edəcəklər. Bu gün açılışı olan məktəblərin əvvəlki və yeni görüntülərini təqdim edirik.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir