BRICS-in üzvlərinin sayı artdı: Aralarında İran da var

Dünya


BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) ölkələrinin başçıları 15-ci sammitin yekunlarına görə Yohannesburq Bəyannaməsini qəbul ediblər.

Bu barədə Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosa bildirib.

Onun sözlərinə görə, sammitin yekunu olaraq təşkilat üzvləri kluba dəvət olunacaq ölkələrin siyahısını razılaşdırıblar – Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı, BƏƏ 2024-cü il yanvarın 1-dən BRICS-in tamhüquqlu üzvü olacaqlar.

Ümumilikdə təşkilata üzvlük üçün 23 dövlət müraciət edib.

Mənbə: Kommersant

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir