Masallıda yaşlı kişi intihar edib

Cəmiyyət


Masallıda 61 yaşlı kişi özünə xəsarət yetirərək həyatına son qoyub.

APA-nın məlumatına görə, Masallı rayonunun Mollahəsənli kənd sakini, 1962-ci il təvəllüdlü Asif Məmmədtağı oğlu Tağıyev yaşadığı ünvanda bədənin müxtəlif nahiyələrinə xəsarət yetirərək intihar edib. O, aldığı xəsarətlərdən ölüb.

A.Tağıyevin intihar etməsinin səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az