Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
2. Heydər Əliyev prospekti əsas və kənar yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
4. Tbilisi prospekti, mərkəz istiqamətində;
5. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
6. Babək prospekti, mərkəz istiqamətində;
7. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
9. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
![](https://resmixeber.az/wp-content/uploads/2023/12/paytaxtda-sixliq-musahidc999-edilc999n-yollar-siyahi-foto-2.jpg)
![](https://resmixeber.az/wp-content/uploads/2023/12/paytaxtda-sixliq-musahidc999-edilc999n-yollar-siyahi-foto-3.jpg)
![](https://resmixeber.az/wp-content/uploads/2023/12/paytaxtda-sixliq-musahidc999-edilc999n-yollar-siyahi-foto-4.jpg)
![](https://resmixeber.az/wp-content/uploads/2023/12/paytaxtda-sixliq-musahidc999-edilc999n-yollar-siyahi-foto-5.jpg)
![](https://resmixeber.az/wp-content/uploads/2023/12/paytaxtda-sixliq-musahidc999-edilc999n-yollar-siyahi-foto-6.jpg)
www.RESMIXEBER.az